...

Ölkəyə qanunsuz gətirilən tibbi preparatlar və içkilər müsadirə edilib (FOTO)

Hadisə Materials 10 İyul 2021 12:59 (UTC +04:00)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn "DAF" markalı iki yük avtomobilinə "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 250 həb, 124 flakon müxtəlif adda dərman preparatları, 12 ədəd kosmetoloji maye, 16 ədəd implant gelləri, şprits üçün iynələr, eləcə də 32 ədəd müxtəlif markada və ölçüdə spirtli içkilər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti