...

Formula yarışlarının pilotu Avro-2020 turnirində qarət edilib

Hadisə Materials 13 İyul 2021 08:29 (UTC +04:00)
Formula yarışlarının pilotu Avro-2020 turnirində qarət edilib

Bakı. Trend:

"MakLaren" komandası tərəfindən "Formula 1" Dünya çempionatı yarışlarında iştirak edən britaniyalı pilot Lando Norris Avropa futbol çempionatının final matçından sonra qarət edilib.

Trend xəbər verir ki, bu barədə "MakLaren"in mətbuat xidməti məlumat verib.

"MakLaren Lando Norrisin Avro-2020 turnirinin final matçından sonra "Uembli" stadionunda baş verən insidentdə qol saatının əlindən alınmasını təsdiqləyir. Pilot hadisə zamanı zədələnməyib, lakin anlaşılan səbəbdən sarsılıb", - açıqlamada bildirilir.

Məlumata əsasən, İngiltərə - İtaliya matçı bitdikdən sonra iki naməlum şəxs L.Norrisi "Uembli" stadionunun avtomobil dayanacağında saxlayaraq onun 40.000 funt sterlinq dəyərində saatını mənimsəyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti