Bakı. Trend:
Sumqayıtda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.