Şəki rayonunun Kiçik Dəhnə kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqdan və aynabənddən ibarət evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.