Bakı. Trend:
Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.