...

İsmayıllıda meşə yanğınları məhdudlaşdırılıb

Hadisə Materials 30 Avqust 2021 16:08 (UTC +04:00)
İsmayıllıda meşə yanğınları məhdudlaşdırılıb

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti