...

Ağdaşda ev, Kürdəmirdə isə maşın yanıb

Hadisə Materials 3 Sentyabr 2021 16:35 (UTC +04:00)
Ağdaşda ev, Kürdəmirdə isə maşın yanıb

Bakı. Trend:

Ağdaş rayonunun Birinci Aral kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kürdəmir rayonunda isə “ВАЗ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti