...

Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Hadisə Materials 8 Sentyabr 2021 08:56 (UTC +04:00)
Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KamAZ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "КамАЗ" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti