...

5 nömrəli TSEK-in rüşvət alan sabiq sədrinə 10 il cəza verildi

Hadisə Materials 22 Sentyabr 2021 17:25 (UTC +04:00)
5 nömrəli TSEK-in rüşvət alan sabiq sədrinə 10 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan və vəzifə saxtakarlığında ittiham edilən Katib Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Məmmədov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, K.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri olarkən vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti