...

Sabunçu və Suraxanıda bəzi əraziləri su basıb - FHN

Hadisə Materials 29 Sentyabr 2021 17:56 (UTC +04:00)
Sabunçu və Suraxanıda bəzi əraziləri su basıb - FHN

Bakı. Samir Əli - Trend:

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti