...

Telman İsmayılov Monteneqroda saxlanıldı

Hadisə Materials 1 Oktyabr 2021 20:23 (UTC +04:00)
Telman İsmayılov Monteneqroda saxlanıldı

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə TASS Monteneqro mediasına istinadən məlumat yayıb.

İlkin məlumata əsasən, T.İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham edilir.

Azərbaycanlı iş adamının axtarışı İnterpol xətti ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti