...

ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb

Hadisə Materials 17 Oktyabr 2021 06:13 (UTC +04:00)
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-da Halloween münasibətilə evdə keçirilən gecə şənliyi zamanı atışma baş verib. Hadisə zamanı ən azı üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə AP agentliyi xəbər verib.

Atışma Kaliforniya ştatının Uitter şəhərində olub. Məlumata əsasən, davadan sonra naməlum şəxs tapançanı götürərək tədbirin baş verdiyi evin yaxınlığında dayanan insanlara atəş açıb.

Yarananların 15-19 yaşları var, onlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.

Los Angeles Times qəzetinin verdiyi məlumata görə, şübhəli şəxs hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti