...

Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib (FOTO/VİDEO)

Hadisə Materials 20 Oktyabr 2021 10:47 (UTC +04:00)
Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.

Belə ki, ermənilərin ataraq qaçdığı 2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 “AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti