...

Sabirabadda ev və avtomobil yanıb

Hadisə Materials 1 Noyabr 2021 09:35 (UTC +04:00)
Sabirabadda ev və avtomobil yanıb

Bakı. Trend:

Sabirabadda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Cavad kəndində ümumi sahəsi 150 kv.m olan kürsülü, birmərtəbəli evin (divarları taxta, saman və doldurma palçıq, tavanı qamış konstruksiyadan ibarət) dam örtüyü və tavanının yanar konstruksiyaları 150 kv.m sahədə, döşəməsi 40 kv.m sahədə, bitişik ümumi sahəsi 100 kv.m olan talvarın lambirindən ibarət tavanı və altında dayanan "Khazar" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti