...

Qanunsuz yolla əldə edilmiş kömür satan şəxslər cəzalandırılıb

Hadisə Materials 12 Noyabr 2021 18:05 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Qanunsuz yolla əldə edilmiş kömür satan şəxslər cəzalandırılıb

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Masallı rayonu ərazisində Şöhrət Zeynalov və Cəbrayıl Cəfərova məxsus obyektlərdə, eyni zamanda “Ümid” marketdə qanunsuz yolla əldə olunmuş kömürün satıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti