...

Rusiyada kömür mədənindəki partlayış olub, yaralananlar var

Hadisə Materials 25 Noyabr 2021 08:28 (UTC +04:00)
Rusiyada kömür mədənindəki partlayış olub, yaralananlar var

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki "Listvyajnaya" kömür mədənində tüstülənmə baş verib.

Trend xəbər verir ki, bundan bir neçə dəqiqə sonra mədəndə partlayış haqqında məlumat daxil olub.

Nəticədə azı 15 nəfər tüstüdən zəhərlənib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı mədəndə 287 nəfər olub. Xilasetmə qüvvələri onların təxliyyəsini həyata keçirir. Hazırda mədəndə 115 nəfərin qaldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti