Bakı. Trend:
Qusar Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus ərzaq mağazasından qapını sındırmaqla oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Əlişirin Cabbarov və Abdulla Xanbutov saxlanılıblar.
Həmin şəxslərin axşam saatlarında mağazaya girərək 120 manat pul, ümumilikdə, 96 manat dəyərində danışıq kartı və spirtli içki oğurladıqları müəyyən edilib.
Faktla bağlı Qusar RPŞ-nin araşdırma aparılır.