Bakı. Fərid Zöhrabov - Trend
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Fikrət Bağırovdan 1 ədəd tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.