...

Bakıda restoranda baş verən yanğında 3 nəfər zəhərlənib

Hadisə Materials 22 Dekabr 2021 10:22 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Bakıda restoranda baş verən yanğında 3 nəfər zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kv/m olan beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti