...

Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 10 Yanvar 2022 13:42 (UTC +04:00)
Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri qanuni yola daxil olaraq oradan ümumilikdə 12000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti