Bakı. Trend:
Tərtərdə yol qəzası baş verib.
Trend-in yerli bürosunun xəbərinə görə, hadisə Xoruzlu kəndində qeydə alınıb.
Belə ki, "VAZ" 2106 markalı avtomobil elektrik dirəyinə çırpılıb. Bərdə rayonu Güloğlular kənd sakini 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlu qəzaya uğrayan avtomobildəkilərə kömək etməyə çalışarkən, cərəyan vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.