...

Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb

Hadisə 19 Yanvar 2022 01:23 (UTC +04:00)
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb

Bakı. Trend:

Nyu-Yorkun Bronks məhəlləsində yaşayış evində partlayış nəticəsində azı bir nəfər ölüb, doqquz nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər yanğınsöndürmə idarəsi yayıb.

Bildirilir ki, partlayışın ardından yanğın başlayıb, daha sonra evin bir hissəsi çöküb.

Hadisənin dəqiq səbəbləri haqqında məlumat verilimir, lakin ilkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib. Hazırda yaralılardan birinin vəziyyəti kritik qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti