...

Şəkidə narkotik alverçiləri saxlanılıb (FOTO/VİDEO)

Hadisə 21 Yanvar 2022 13:33 (UTC +04:00)
Şəkidə narkotik alverçiləri saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən ilk tədbir zamanı şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə V.Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Ə.Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana götürülüb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti