...

Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb

Hadisə 24 Yanvar 2022 08:59 (UTC +04:00)
Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb

Bakı. Trend:

Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti