...

Xəzər rayonunda avtomobil işıq dirəyinə çırpılıb, bir nəfər həyatını itirib

Hadisə Materials 30 Yanvar 2022 08:48 (UTC +04:00)
Xəzər rayonunda avtomobil işıq dirəyinə çırpılıb, bir nəfər həyatını itirib

Bakı. Trend:

Bakının Xəzər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti