...

Yaponiyada qənnadı fabrikində yanğın baş verib, ölən və itkin düşənlər var

Hadisə Materials 12 Fevral 2022 05:07 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Niiqata prefekturasında qənnadı məmulatlarl sexinə baş verən yanğında azı 4 nəfər həlak olub.

Trend xəbə verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Hadisənin Murakami şəhərində baş verdiyi qeyd edilir. Polis və xilasetmə xidmətlərinin məlumatına görə, yanğın zamanı 30-a yaxın adamın işlədiyi fabrikdə ən azı iki işçi də itkin düşənlər siyahısındadır.

Hazırda yanğının söndürülməsi üzrə tədbirlər davam etdirilr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti