...

Göyçayda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub (VİDEO)

Hadisə Materials 16 Fevral 2022 11:38 (UTC +04:00)
Göyçayda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub (VİDEO)

Bakı. Samir Əli - Trend:

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əziz Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və toy karvanında etdiyi avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Yusifov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti