...

Hüquq müdafiəçilərinin polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlar əsassızdır - Ehsan Zahidov

Hadisə Materials 17 Fevral 2022 22:27 (UTC +04:00)
Hüquq müdafiəçilərinin polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlar əsassızdır - Ehsan Zahidov

Bakı. Samir Əli - Trend:

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqları barədə iddia əsassızdır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq yayılan məlumatların əsassız olduğunu deyib.

"Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.
Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər",-deyə E. Zahidov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti