Bakı. Fərid Zöhrabov -Trend:
Bakı şəhəri Nizami rayonunda qətl hadisəsi baş verib.
Trend xəbər verir ki, bu gün yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı cinayət işi başlanıb və istintaq tədbirləri görülür.
Hadisə yerindən görüntüləri təqdim edirik: