Bakı. Samir Əli - Trend:
Bakıda keçmiş məhkum döyülərək qarət edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 24-də 4 nəfərin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılıblar.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.