...

Bakıda mebel sexi yanıb

Hadisə Materials 4 Mart 2022 08:50 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 330 m² mebel sexinin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti