...

Prokurorluq Xətai rayonunda baş verən qətlin təfərrüatlarını açıqlayıb

Hadisə Materials 13 Mart 2022 21:36 (UTC +04:00)
Prokurorluq Xətai rayonunda baş verən qətlin təfərrüatlarını açıqlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti