...

Binəqədidə avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 17 Mart 2022 13:34 (UTC +04:00)
Binəqədidə avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.

Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti