Bakı. Trend:
Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 4 aprel 2022-ci il tarixində saat 10 radələrində yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.