...

Bakıda keçmiş məhkum şirkəti qarət etdi

Hadisə Materials 28 Aprel 2022 10:03 (UTC +04:00)
Bakıda keçmiş məhkum şirkəti qarət etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda heroin alverçisi şirkəti qarət edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti