Bakı. Trend:
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Kazım Qulamovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən K.Qulamovun narkotik vasitədən
istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin
şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə
məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs
edilib.
Qeyd edək ki, K.Qulamovla bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamvüafiq qaydada tədbir görülüb.