...

500 hektar torpaq sahəsinə görə icra hakimiyyətinə 80 min manat verdim - Vilyam Hacıyevin məhkəməsində şahid

Hadisə Materials 6 May 2022 11:51 (UTC +04:00)
500 hektar torpaq sahəsinə görə icra hakimiyyətinə 80 min manat verdim - Vilyam Hacıyevin məhkəməsində şahid
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Eldəniz Nəbiyev deyib ki, Vilyam Hacıyevlə şəxsi tanışlığı olmasa da, onu icra başçısı kimi tanıyıb.

"Məndən heç kim heç nə tələb etməyib. Fermer təsərrüfatı ilə bağlı torpaq sahəm var idi. Onunla bağlı məhkəmə arayış tələb elədi. İcra Hakimiyyətinə müraciət etdim. Arayış verdilər. Sonra dedilər ki, köməklik lazımdı. Mən də öz xoşuma 3 min manat köməklik etmişəm. Heç kim məndən pul tələb etməyib",- şahid bildirib.

Digər şahid Fariz Əliyev isə qeyd edib ki, rayonda əkinçiliklə məşğul olur:

"Eşitdim ki, rayonda torpaq paylanılır. Getdim baxdım ki, əkinə yararlı yerdir. İcra Hakimiyyətinə müraciət etdik, hüquqşünas dedi ki, pul köçürülməlidir. Mən də gəldim, 500 hektar torpaq sahəsinə görə Cəmilə 80 min manat verdim".

Şahid bildirib ki, sonradan həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı da icra hakimiyyətinə rüşvət verib: "Cəmil dedi ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün 5 min manat vermək lazımdı. Mən də həmin pulu verdim. Pulu ödəyəndə mənə heç bir qəbz verilməyib. Vilyam Hacıyevlə görüşməmişəm. Mən icra hakimiyyətinin hüquqşünası ilə danışmışam, o da Cəmilə yönəldib".

Prosesdə ifadə verən Zabil Behbudov bildirib ki, mağaza işlətmək üçün icra hakimiyyətinə müraciət edib: "200 kvadrat metrlik mağaza inşa etdirmişdi. Mağazanın sənədləri üçün atam icra hakimiyyətinə müraciət etdi.

Prosesdə digər şahid Xankişi Balayev bildirib ki, qızı İmişli rayonunda mənzil növbəsində olub: "Qızıma rayondan 3 otaqlı ev aldım. İcra hakimiyyətindən dedilər ki, 20 min manat verməlisən. Razılaşdım, 18 min manat verdim. Sonra evi təhvil verdilər".

Şahid Məhəmməd Qasımov isə bildirib ki, icra hakimiyyətinə maddi vəziyyəti ilə bağlı müraciət edib.

"İcra hakimiyyətindən dedilər ki, sənə 7 min 700 manat yardım ayrılıb. Pulu götürdüm, sonra bir nəfər dedi ki, icra hakimiyyətinin əməkdaşıdır, mənimlə görüşmək istəyir. Görüşdüm, dedi ki mən icra hakimiyyətinin işçisiyəm, pul ona çatacaq. Pulun hamısını aldı, mənə cəmi 100 manat verdi. Qalan pulu götürüb getdi".

Şahid Rövşən Namazov isə deyib ki, obyekt tikmək üçün İmişli rayon İcra Hakimiyyətinə müraciət edib.

İcra Hakimiyyətindən bildiriblər ki, tikintiyə sərəncam üçün 3 min 400 manat tələb ediblər.
"Mən də 3400 manatı verdim, sonra tikintiyə sərəncam verdilər. Mənə dedilər ki, bu rüşvət deyil. Bilirdim ki, rüşvətdir, amma tələb edirdilər",-şahid deyib.

Atası ağır xərçəng xəstəsi olan Faiq Qasımov bildirib ki, atasının müalicəsi üçün İcra Hakimiyyətindən yardım istəyib: "Müraciət etdim ki, atam əməliyyat olunmalıdır, mənə yardım edin. İcra Hakimiyyətindən dedilər ki, sizə 7 min manat yardım ayrılıb. Mən banka gedib pulu çıxardım. Pulu çıxarandan sonra İcra hakimiyyətinin maliyyə rəisi Rəhim Rəhimov məni çağırıb 6 min 700 manatını aldı, 300 manatını verdi mənə".

İmişli rayon sakini Vüqar Quliyev isə deyib ki, ona icra hakimiyyətindən 7 min 500 manat yardım ayrılıb.

"Həyat yoldaşım xəstə idi, pula ehtiyacım var idi Qonşular dedilər ki, icra hakimiyyətinə müraciət elə. Müraciət elədim. Bir müddətdən sonra mənə dedilər ki, get pulu çıxart bankdan. Getdim pulu çıxarandan sonra icra hakimiyyətindən çağırıb dedilər ki, həmin puldan 200 manat götür, qalanını qaytar. Mən də qaytardım", - şahid deyib

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti