...

Gəmidə iş yoldaşını bıçaqlayan matrosa hökm oxundu

Hadisə Materials 1 İyun 2022 17:35 (UTC +04:00)
Gəmidə iş yoldaşını bıçaqlayan matrosa hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində gəmidə iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Soltan Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Soltanov 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı altında üzən Amur gəmisində baş verib. Gəmidə matros işləyən Soltan Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin motorçusunu bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti