Bakı. Trend:
Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.