...

Vilyam Hacıyevin məhkəmə işi üzrə təkrar ekspertiza təyin edilib

Hadisə Materials 24 İyun 2022 14:00 (UTC +04:00)
Vilyam Hacıyevin məhkəmə işi üzrə təkrar ekspertiza təyin edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

Vəkil iş üzrə təkrar ekspertizanın keçirilməsini istəyib: "Bu iş ciddi araşdırılmalıdır. Bunun üçün məhkəməyə mütəxəssislər dəvət edilməlidir".

Məhkəmə vəkilin vəsatətini təmin edib. Məhkəmənin növbəti iclası iyulun 1-i baş tutacaq.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti