...

Sumqayıtda avtobus sürücüsü qadın sərnişini avtobusdan təpiklə çıxardı (VİDEO)

Hadisə Materials 29 İyun 2022 16:54 (UTC +04:00)
Sumqayıtda avtobus sürücüsü qadın sərnişini avtobusdan təpiklə çıxardı (VİDEO)

Bakı. Trend:

Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Trend xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti