...

5 il əvvəl sevgilisini qəbiristanlıqda öldürüb basdıran şəxsin işi məhkəməyə göndərildi

Hadisə Materials 30 İyun 2022 17:08 (UTC +04:00)
5 il əvvəl sevgilisini qəbiristanlıqda öldürüb basdıran şəxsin işi məhkəməyə göndərildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağsuda sevgilisini qəbiristanlıqda öldürüb basdıran şəxsin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 28 yanvar 2017-ci il tarixdə saat 01 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə rayonun Qaraqaşlı kənd qəbristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, daha sonra saat 22 radələrində meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.

19.03.2022-ci il tarixdə Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti