...

Ağcabədidə qonşusunun atını güllələyib öldürən şəxs saxlanılıb

Hadisə Materials 5 İyul 2022 11:39 (UTC +04:00)
Ağcabədidə qonşusunun atını güllələyib öldürən şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə qonşusunun atını güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb. Ondan “Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti