...

Bakıda Hindistan vətəndaşları qəzaya düşdü, 2 nəfər öldü

Hadisə Materials 25 İyul 2022 10:44 (UTC +04:00)
Bakıda Hindistan vətəndaşları qəzaya düşdü, 2 nəfər öldü

Bakı. Trend:

Bakıda xarici ölkə vətəndaşları yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti