Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan Bakıya deportasiya olunandan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, Pünhan Kərimli 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə Bakıya qayıdan Pünhan Kərimli yanvarın 25-də saxlanılıb və onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ondan 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb.