...

Maqsud Mahmudovun apellyasiya şikayəti üzrə proses başlayıb

Hadisə Materials 29 İyul 2022 10:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsindəki hökmündən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə M.Mahmudovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

İş üzrə baxış iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hökmə əsasən Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti