...

Göyçayda kanaldan naməlum kişi meyiti tapılıb

Hadisə Materials 5 Avqust 2022 16:33 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Şəhadət kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti