...

Masallıda 10 metrlik su quyusuna düşən azyaşlı xilas edilib

Hadisə Materials 9 Avqust 2022 00:39 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti