...

Lazada göldə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 20 Avqust 2022 17:08 (UTC +04:00)

Bakı. Trend:

Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

15:43

Qusarda göldə azyaşlı batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti