...

Bakıda restoranda yanğın olub

Hadisə Materials 5 Sentyabr 2022 17:32 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, obyektin qalan hissəsi və bina yanğından müafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti